KRİMİNAL XRONİKA

Əsas səhifə

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

28.06.2019

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 28-də rayon ərazisindəki apteklərin birindən 10480 manat pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş V.Səmədov saxlanılmışdır.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 16-da rayon ərazisindəki internet klubların birindən 3 ədəd oyun aparatı və 6 ədəd pult oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Əliyev saxlanılmışdır.

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 28-də M.Həsənov küçəsində 211 saylı xətt avtobusunda Sumqayıt şəhər sakini G.Kəlbiyevin mobil telefonunu cibindən oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Bağırov saxlanılmışdır.