KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş E.Cabbarovun ətrafında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları...

30.06.2019

Oğurluq etdiyinə görə tutulmuş E.Cabbarovun ətrafında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari il aprelin 11-də rayon ərazisindəki evlərin birindən 245 manat və 4600 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 29-da paytaxt sakini İ.Səfixanlını bıçaqla hədələyib 50 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ə.Babayev və O.Şahmərdanov saxlanılmışlar.

Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən iyunun 23-də paytaxt sakini S.İsmayılovaya zor tətbiq edib içərisində 35 manat və mobil telefon olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş X.Mahmudov saxlanılmışdır.

İyunun 30-da saat 4 radələrində Səbail rayonunun Badamdar qəsəbəsi ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərən 2 nəfər həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılaraq 41-ci Polis Bölməsinə təhvil verilmişlər. Araşdırılmalarla onların Bakı şəhər sakinləri F.Əliyev və M.Məmmədli olduqları müəyyən edilmişdir.