KRİMİNAL XRONİKA
Əsas səhifəBinəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...
03.07.2019
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 28-də 28 May qəsəbəsi ərazisindəki kafelərin birində qəsəbə sakini B.Rəhimovun 40 manat pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinən Qobustan rayon sakini Ş.Ağayev saxlanılmışdır.
Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən iyunun 6-da paytaxt sakini S.Novruzovun 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılmışdır.
Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən iyulun 2-də rayon ərazisindəki həyətyanı sahələrin birindən 2 ədəd samovar və velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - T.Əhmədzadə və İ.Məmmədov saxlanılmışlar.