KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə...

05.07.2019

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini N.Nəcəfquliyev iyun ayının 29-na keçən gecə Biləcəri qəsəbəsi ərazisindəki metal qəbulu məntəqəsindən 600 manat dəyərində misin oğurlandığını bildirmişdir. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılmış, bu cinayət əməlinin 3 nəfər tərəfindən törədildiyi müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakinləri Q.Məmmədov, Ə.Qasımov və Abşeron rayon sakini V.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılmışlar. Araşdırma aparılır. 

İyulun 5-də saat 19 radələrində Nəsimi rayonu ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan açıq talama yolu ilə 138 manat dəyərində geyim əşyalarının aparılması barədə 22-ci Polis Şöbəsinə müraciət daxil olmuşdur. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilmişdir.  Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini R.Əliyev polis əməkdaşları tərəfindən saxlanılmışdır. Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. 

DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə iyunun 30-da “Motodrom” adlanan yaşayış sahəsindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olmuşdur. Müraciətlə əlaqədar dərhal Binəqədi RPİ 40-cı Polis Bölməsinin əməkdaşları həmin ünvana gəlmiş, müvafiq tədbirlər həyata keçirilmişdir. Evdən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Əlövsətov, arvadı P.Qarayeva və paytaxt sakini N.Rzayeva saxlanılmışlar. Araşdırma aparılır.