KRİMİNAL XRONİKA

Əsas səhifə

İyulun 10-da saat 23 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində...

11.07.2019

İyulun 10-da saat 23 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 65-70 yaşlı qadın vurulmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş həmin şəxs iyulun 11-də orada ölmüşdür. Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

İyulun 11-də saat 14 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində Bərdə rayon sakini P.Musayevin idarə etdiyi “KamAZ” və Gəncə şəhər sakini Nəbi Məmmədovun idarə etdiyi “Renault” markalı avtomobillər toqquşmuşdur. Nəticədə N.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Baş istintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da Maştağa qəsəbəsinin Savalan yeni yaşayış sahəsindəki evlərin birindən 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin qonşusu C.Qarayeva saxlanılmışdır.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 29-da Azadlıq prospektindəki tikinti aparılan ərazidən inşaat materialları oğurlamaqda şübhəli bilinən Şərur rayon sakini Z.Cəfərov və Goranboy rayon sakini B.Bəhmanov saxlanılmışlar.

İyulun 11-də saat 13 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Paşa Qəribzadə idarə etdiyi “Honda”  markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölmüşdür.