KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş M.Bağırovun ətrafında ...

14.07.2019

Oğurluq etdiyinə görə tutulmuş M.Bağırovun ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari il fevralın 16-dan aprelin 18-dək olan müddətdə 4 avtomobildən pul və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir. 
 
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 3-də paytaxt sakini M.Ramazanovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Dəmirçiyev saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 22-dən iyunun 26-dək olan müddətdə 2 avtomobildən pul və sənəd, habelə N.Yusifliyə məxsus velosipedi oğurlaması da müəyyən edilmişdir.
 
İyulun 14-də saat 16 radələrində Sabunçu rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini R.Həmidov idarə etdiyi “Lexus” markalı avtomobili yolun kənarında dayanmış paytaxt sakini Z.Yusubova məxsus “Mercedes” markalı avtomobilə vurmuşdur. Nəticədə Z.Yusubovun sərnişinləri olan oğulları Namiq və Kənan xəstəxanaya yerləşdirilmiş, Namiq orada ölmüşdür.  Sabunçu RPİ tərəfindən araşdırma aparılır.