KRİMİNAL XRONİKA

Əsas səhifə

İyulun 15-də saat 1 radələrində Sabunçu rayonunun...

15.07.2019

İyulun 15-də saat 1 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini E.İsrafilzadə idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ramiz Şərbətovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.  Sabunçu RPİ tərəfindən araşdırma aparılır. 

İyulun 15-də saat 14 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Cəlilabad rayon sakini Yəhya Abbasov idarə etdiyi “QAZ-3302” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 14-də rayon ərazisindəki mağazaların birindən 100 manat pul və spirtli içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini H.Məhəmmədov saxlanılmışdır. 

Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən  iyulun 11-də Bakı şəhər sakini A.Nəcəfovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü - Neftçala rayon sakini Ə.Məmmədov saxlanılmışdır.

Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 14-də Bakı şəhər sakini O.Bağırovun 65 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini O.Qədimov saxlanılmışdır.
 
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 13-də rayon ərazisindəki mağazaların birindən 198 manat pul oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini R.Abdulov saxlanılmışdır. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini  K.Talıbovun mobil telefonunu dələduzluq yolu ilə alması da müəyyən edilmişdir.