KRİMİNAL XRONİKA

Əsas səhifə

İyulun 17-də Binəqədi RPİ 7-ci PB-yə müraciət edən...

17.07.2019

İyulun 17-də Binəqədi RPİ 7-ci PB-yə müraciət edən Bakı şəhər sakini V.Əliyev iyulun 15-də saat 19 radələrində rayon ərazisində 4 yaşlı qızının qolundakı bilərziyin oğurlanmasını bildirmişdir.  Dərhal keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş polis əməkdaşları tərəfindən R.Məmmədov saxlanılmışdır.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 9-da və 16-da paytaxt sakinləri A.Əliyevə və A.Məmmədova məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Vəliyev saxlanılmışdır.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il aprelin 1-dən mayın 17-dək olan müddətdə Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan 5580 manat oğurlamaqda şübhəli bilinən, orada satıcı işləyən Abşeron rayon sakini C.Şükürov saxlanılmışdır.

Sabunçu RPİ 42-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 17-də Nardaran qəsəbəsi ərazisindən nömrəsi silinmiş “İJ-16” markalı tüfəng, 1 ədəd “F-1” markalı qumbara və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülmüşdür.

Yasamal RPİ 29-cu PŞ-nin əməkdaşları tərəfindən iyulun 16-da paytaxt sakini V.Qurbanovun içərisində sənəd və mobil telefon olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Rüstəmov saxlanılmışdır.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 16-da Bülbülə qəsəbəsi ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Rufullayev saxlanılmışdır.