KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş R.Abdullovun...

18.07.2019

Oğurluq etdiyinə görə tutulmuş R.Abdullovun ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari il martın 6-da rayon ərazisindəki evlərin birindən noutbuk oğurlaması da müəyyən edilmişdir.
 
Pirallahı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş E.Məşədiyevin yaşadığı Dübəndi bağlar sahəsindəki evinin həyətində kultivasiya yolu ilə yetişdirilmiş 2 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
 
İyulun 18-də saat 19 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Kürdəmir rayon sakini Q.Ağamalıyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarında dayanmış Tovuz rayon sakini Q.Süleymanova məxsus “KamAZ” markalı avtomobilə vurmuşdur. Nəticədə Q.Ağamalıyevin sərnişini, həmyerlisi Lətif Səfərov hadisə yerində ölmüş, özü xəstəxanaya yerləşdirilmişdir.  Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.