KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri ...

21.07.2019

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 17-dən 20-dək olan müddətdə İ.Babayevə məxsus noutbuku və A.Babayevə məxsus velosipedi oğurlamaqda, habelə Y.Salmanlının mobil telefonunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini R.Mehdili saxlanılmışdır.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 16-da rayon ərazisindəki evlərin birindən 200 manat, mobil telefon və noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Hüseynov saxlanılmışdır