KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ 29-cu PŞ və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının ...

23.07.2019

Yasamal RPİ 29-cu PŞ və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də Tbilisi prospektində “Ford” markalı avtomobildən 200 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Şükürov saxlanılmışdır.
 
Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il mayın 5-də rayon ərazisindəki evlərin birindən soyuducu, kondisioner mühərriki və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Rəcəbov saxlanılmışdır.

İyulun 22-də Suraxanı rayonunun Binə qəsəbəsi ərazisindən qəsəbə sakini E.İbadullayevə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılmışdır. 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Quliyev iyulun 23-də avtomobillə birgə saxlanılmışdır. 

Oğurluq etdiyinə görə tutulmuş Ş.Sadıxovun ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari il aprelin 29-da Bakı şəhər sakini F.Zalovla birgə rayon ərazisindəki bir avtomobildən 426 manat və sənəd oğurlaması müəyyən edilmiş, F.Zalov da saxlanılmışdır.