KRİMİNAL XRONİKA

Əsas səhifə

İyulun 24-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindəki ...

24.07.2019

İyulun 24-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindəki bazarda Tərtər və Füzuli rayonlarının sakinləri olan iki nəfərin  mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Ş.Şahmalı Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu PB-yə təhvil verilmişdir.
 
İyulun 24-də saat 19 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Y.Məmmədov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Adilə Məlikrzayevanı vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
 
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 21-də paytaxt sakini Ş.Məmmədovanı aldadaraq 1000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini E.Adıgözəlov saxlanılmışdır.

Aparılmış profilaktiki tədbirlər nəticəsində Qaradağ rayonunun Sahil qəsəbə sakini Ə.Mirzəyev müvafiq sənədləri olmayan “TOZ-8” markalı tüfəngi və 20 ədəd patronu könüllü olaraq 38-ci Polis Bölməsinə təhvil vermişdir.
 
Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mərdəkan qəsəbə sakini S.Şamxalova məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş 15 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
 
İyulun 24-də saat 3 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş P.Çərkəzov münaqişə zəminində paytaxt sakini Kamran Abdullayevin bud nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmişdir. Xəstəxanaya yerləşdirilmiş K.Abdullayev orada ölmüşdür. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən P.Çərkəzov saxlanılmışdır. Araşdırma aparılır.