KRİMİNAL XRONİKA

Əsas səhifə

İyulun 24-də saat 19 radələrində Xətai rayonunun ...

25.07.2019

 İyulun 24-də saat 19 radələrində Xətai rayonunun R.Məmmədov küçəsində Ağsu rayon sakini V.Əlizadə idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı şəhər sakini Solmaz Rəsulovanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada iyulun 25-də orada ölmüşdür.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-dən 21-dək olan müddətdə rayon ərazisində 6 avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılmışdır.

Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən iyulun 24-də rayon ərazisindəki  evlərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədova saxlanılmışdır.


Bakı ŞBPİ və Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il fevralın 11-də rayon ərazisindəki kompyuter oyunları zallarının birindən 300 manat və 9 ədəd oyun aparatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Cəfərov və Ö.Dadaşov saxlanılmış, daha bir nəfərin şəxsiyyəti müəyyən edilmişdir.


İyulun 25-də saat 17 radələrində Xətai rayonunun Zığ şossesində Bakı şəhər sakini Eldar Cəfərov idarə etdiyi “Suzuki” markalı motosikleti yol kənarındakı maneəyə vurmuş və aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

İyulun 25-də Bakı şəhər sakini F.Həsənov Yasamal RPİ 29-cu PŞ-yə müraciət edib həmin gün saat 9 radələrində rayon ərazisindəki avtoyuma məntəqələrinin birindən “Audi” markalı avtomobilinin qaçırılmasını bildirmişdir. DİN-in Təhlükəsiz Şəhər Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi və Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini Ə.Abbasov Biləcəri qəsəbəsinin ərazisində avtomobillə birlikdə saxlanılmışdır. Araşdırma aparılır.