KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində

27.07.2019

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 21-də nəqliyyat vasitəsi qaçırdığına görə tutulmuş S.Məhərrəmovla birgə olmuş Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş İ.Rufullayev saxlanılmışdır. Üzərində şəxsi axtarış aparılan zamanı ondan 5,165 qram, evinə baxış zamanı isə 1 kiloqramdan çox marixuana aşkar edilərək götürülmüşdür. 

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 25-də rayon ərazisindəki mağazaların birindən kondisioner, spirtli içki və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini E.Süleymanov və Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əliyev saxlanılmışlar.