KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 27-də...

28.07.2019

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 27-də Bakı şəhər sakini Ş.Əliyevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü - Abşeron rayon sakini Ə.Abdullayev saxlanılmışdır. 

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 27-də Bakı şəhər sakini Ş.Quliyevə küt alətlə xəsarət yetirib 350 manat pul və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakinləri İ.Qurbanov, E.Bəhmənli, Şəki şəhər sakini A.Əliyev və Gəncə şəhər sakini F.Məmmədov saxlanılmışlar. İ.Qurbanovun və F.Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların daha bir nəfəri döyüb 50 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə almaları da  müəyyən edilmişdir.