KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat ...

02.08.2019

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 2-də rayon ərazisindəki dönərxanaların birində Ağsu rayon sakini Ə.Ələkbərovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Tahirov saxlanılmışdır. 

Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən Maştağa qəsəbəsinin ərazisindəki tikintisi başa çatmamış evlərin birindən su çənini oğurlamaqda şübhəli bilinən qəsəbə sakini P.Quliyev saxlanılmışdır.

Avqustun 2-də saat 12 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Cəlilabad rayon sakini Əli Abasov idarə etdiyi “Opel” markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini Ş.Babaşovun idarə etdiyi “Honda” markalı avtomobilə vurduqdan sonra idarəetməni itirib yolun əks istiqamətinə çıxaraq Ağsu rayon sakini E.Xasıyevin 49 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusla toqquşmuşdur. Nəticədə Ə.Abasov hadisə yerində ölmüş, E.Xasıyevin 2 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.