KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 22-ci PŞ və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının ...

08.08.2019

Nəsimi RPİ 22-ci PŞ və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 5-də əcnəbi vətəndaşa məxsus, içərisində 450 manat pul, mobil telefon, maşın açarı və sənəd olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Ələsgərov saxlanılmışdır.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 5-də Bakı şəhər sakini Ə.Tarverdiyevə zor tətbiq edərək mobil telefonunu və içərisində geyim əşyaları olan  çantasını almaqda şübhəli bilinən Bakı şəhər sakini A.Hüseynov saxlanılmışdır.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 18-də rayon ərazisindəki evlərin birindən 800 manat və 1400 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar R.Həsənov və X.Quliyev saxlanılmışlar.

Nəsimi RPİ–nin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş  R.Muradovdan lüləsi və qundağı kəsilmiş, nömrəsi silnmiş “TOZ-8” markalı tüfəng və 6 ədəd patron götürülmüşdür.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 27-də rayon ərazisindəki restoranların birindən 450 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Həsənov saxlanılmışdır.