KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

11.08.2019

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 10-da rayon ərazisindəki 2 evdən təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar R.Həsənov və X.Quliyev saxlanılmışlar.

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 20-də rayon ərazisində bir avtomobildən 350 manat pul oğurlamaqda şübhəli bilinən, Şəmkir rayon sakini olan bir yeniyetmə saxlanılmışdır.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 10-da rayon ərazisindəki evlərin birindən 2 ədəd mobil telefon, içərisində 7000 manat, sənəd və bankomat kartı olan pul kisəsini quldurluq yolu ilə aparmaqda şübhəli bilinən S.Tağıyev saxlanılmış, qrupun digər üzvünün şəxsiyyəti müəyyən edilmişdir.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 10-da Bakı şəhər sakini F.Rzayevin cibindən içərisində 1500 manat və sənədlər olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş T.Talıbzadə saxlanılmışdır.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 9-da rayon ərazisində əcnəbi vətəndaşın içərisində 200 manat pul, 2 ədəd pasport və bank kartı olan pul kisəsini açıq talama yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mustafayev saxlanılmışdır.