KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

15.08.2019

Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 14-də Bakı şəhər sakini M.Həsənovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “İveco” markalı avtomobilin sürücüsü, paytaxt sakini Ə.Məmmədov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 6 avtomobildən pul, mobil telefon, gümüş üzük, geyim əşyası, qaldırıcı qurğu, habelə 1 mağazadan tütün məmulatı və ərzaq məhsulları oğurlaması, həmçinin bir nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilmişdir.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 1-də rayon ərazisində bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən R.Hacıyev saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun daha iki avtomobildən akkumulyator oğurlaması müəyyən edilmişdir.