KRİMİNAL XRONİKA

Əsas səhifə

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

16.08.2019

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 4-də Bakı şəhər sakini M.Ağazadənin mobil telefonunu və tələbə biletini soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən, paytaxt sakini Ü.Bayramlı saxlanılmışdır.

Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən aprelin 19-da rayon ərazisində 2 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş R.Rəhimov saxlanılmışdır.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 2-də və 22-də rayon ərazisində vətəndaşa məxsus çantadan 100 manat pul və mobil telefon, 1 mağazadan isə 530 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Bağırov saxlanılmışdır.

Avqustun 15-də Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində yerləşən poçt şöbəsinə girmiş şəxsiyyəti məlum olmayan 2 nəfər orada işləyən E.İsgəndərovu bıçaqla hədələyib pul verməsini tələb etmiş və müqavimətlə rastlaşdığından ona bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmişdir. Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Babayev, Abşeron rayon sakinləri R.Layıçov və T.Əfəndizadə saxlanılmışlar. H.Babayevdən 5,229 qram marixuana götürülmüşdür.

Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 30-da rayon ərazisindəki 1 ofisdən və 2 mağazadan oğurluq etməkdə şübhəli bilinən S.Pənahov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyun-iyul ayları ərzində rayon ərazisindəki daha 2 mağazadan ümumilikdə  4888 manat pul oğurlaması da müəyyən edilmişdir.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 14-də rayon ərazisində yerləşən avtoservislərin birindən 2000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini P.Rəhimov saxlanılmışdır.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 3-də rayon ərazisindəki evlərin birindən 200 manat və 500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Həmidov saxlanılmışdır.

Avqustun 16-da saat 05.48-də Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindəki bağ evlərinin birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə getmiş RMİ-nin əməkdaşları tərəfindən pəncərə şüşəsini sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Zeynalov saxlanılaraq aidiyyəti üzrə 14-cü PB-yə təhvil verilmişdir.