KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

17.08.2019

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 5-də rayon ərazisindəki mağazalardan birinin divarına quraşdırılmış 2 ədəd kondisionerin mühərriklərini əzərək yararsız hala salmaqda şübhəli bilinən Bakı şəhər sakini V.İbrahimov saxlanılmışdır.

Qaradağ RPİ 10-cu PB və Rayon Mühafizə Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 1-də Lökbatan qəsəbəsi ərazisində yerləşən bazarda Sabirabad rayon sakini T.Əliyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinən qəsəbə sakini D.İmanov saxlanılmışdır. Onun avqustun 17-də həmin bazarda daha bir nəfərin mobil telefonunu oğurlaması da müəyyən edilmişdir.

Avqustun 17-də saat 5 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini R.Səfərəlizadə idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən  Quba rayon sakini Artyom Əliyevi vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Nizami RPİ tərəfindən araşdırma aparılır.