KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən Şüvəlan qəsəbəsi ərazisində yaşayan, əvvəllər məhkum olunmuş...

19.08.2019

Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən Şüvəlan qəsəbəsi ərazisində yaşayan, əvvəllər məhkum olunmuş Z.Məlikovun evinə baxış zamanı 10,306 qram marixuana və 1 ədəd “TOZ-12” markalı ov tüfəngi aşkar edilərək götürülmüşdür.

Avqustun 19-da Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən marketlərin birindən 640 manat dəyərində ərzaq məhsulları oğurlanmışdır. Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə  şübhəli bilinən Oğuz rayon sakini, əvvəllər məhkum olunmuş Z.İsmayılov saxlanılmış, daha bir nəfərin şəxsiyyəti müəyyən edilmişdir. Z.İsmayılovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün rayon ərazisindəki daha bir marketdən 570 manat dəyərində ərzaq məhsulları oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 25-də və 27-də rayon ərazisindəki 2 avtomobildən pul, sənəd və kosmetik əşya oğurlaması da müəyyən edilmişdir.

Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən  Bilgəh qəsəbəsi ərazisində yaşayan Ş.Hüseynovun evinə  baxış zamanı lüləsi və qundağı kəsilmiş ov tüfəngi (yivsiz) aşkar edilərək götürülmüşdür.

Avqustun 19-da saat 16 radələrində Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini M.Nağıyev idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən paytaxt sakini Abbas Vəliyevi vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür. Nizami RPİ tərəfindən araşdırma aparılır.