KRİMİNAL XRONİKA

Əsas səhifə

Avqustun 20-də saat 10 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən marketlərin birindən...

20.08.2019

Avqustun 20-də saat 10 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən marketlərin birindən Rayon Mühafizə İdarəsinə  həyəcan siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gəlmiş RMŞ-nin əməkdaşları tərəfindən ərzaq məhsulları və parfyumeriya oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Hüseynova saxlanılaraq 24-cü PŞ-yə təhvil verilmişdir.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 17-də rayon ərazisindəki avtoservislərin birindən 500 manat pul oğurlamaqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş R.Abbasov saxlanılmışdır.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 13-də rayon ərazisində Bakı şəhər sakini X.Quliyevə məxsus avtomobildən 620 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılmışdır.

Nəsimi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 20-də rayon ərazisində Ağdaş rayon sakini Ə.Xəlilova məxsus “Daewoo” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş R.Rüstəmov saxlanılmışdır.

Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 30-dan avqustun 19-dək olan müddətdə rayon ərazisində Bakı şəhər sakini olan 5 nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş F.Bizyarkin saxlanılmışdır.