KRİMİNAL XRONİKA

Əsas səhifə

Avqustun 22-də Xətai rayonu ərazisindən “Mercedes” markalı...

22.08.2019

Avqustun 22-də Xətai rayonu ərazisindən “Mercedes” markalı avtomobil qaçırılmışdır. Xətai RPİ 35-ci PB və  Bakı şəhər DYPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini A.İsmayılov saxlanılmışdır.

Avqustun 22-də saat 10 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri K.Hüseynovun idarə etdiyi “Cherry” və Mərdan Paşayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur. Xəstəxanaya yerləşdirilmiş M.Paşayev orada ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 22-də Bakı şəhər sakini B.Nərimanbəyliyə məxsus içərisində 700 manat və sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.İsmayılov saxlanılmışdır.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də rayon ərazisində “Mercedes” markalı avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş S.Həsənzadə saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun daha 2 avtomobildən pul oğurlaması müəyyən edilmişdir.