KRİMİNAL XRONİKA

Əsas səhifə

Avqustun 24-də naməlum şəxs Nəsimi rayonu ərazisində kirayədə yaşayan Sumqayıt şəhər sakini...

24.08.2019

Avqustun 24-də naməlum şəxs Nəsimi rayonu ərazisində kirayədə yaşayan Sumqayıt şəhər sakini S.Canımovaya bıçaqla xəsarət yetirmişdir. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qurbanlı tutulmuşdur. Ətrafında aparılmış tədbirlərlə onun avqustun 19-da Abşeron rayon sakini M.Alının baş nahiyəsinə şüşə qabla xəsarət yetirərək quldurluq yolu ilə 70 manat pulunu, mobil telefonunu və qızıl əşyalarını alması da müəyyən edilmişdir. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Aşurlu avqustun 24-də Ə.Əhmədov küçəsindən “VAZ-2121” markalı avtomobilinin  qaçırıldığını bildirmişdir.  Dərhal başlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qısa müddətdə A.Şərifzadə küçəsində tapılmış, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs müəyyən edilmişdir. Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Avqustun 24-nə keçən gecə Binəqədi rayonunun Ş.Məmmədova küçəsində Bakı şəhər sakini T.Cəfərova məxsus “Hyundai” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərilməsi barədə 5-ci Polis Bölməsinə müraciət daxil olmuşdur. 5-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş A.Məcidov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun avqustun 12-dən 18-dək olan müddətdə daha 4 avtomobildən pul və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 400 ABŞ dolları, 10.000 manat dəyərində qızıl-zinət əşyaları və “İJ” markalı ov tüfəngini  oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini olan bir yeniyetmə saxlanılmış, daha 2 nəfər isə müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki mağazaların birindən 88 manat pul və planşet oğurlaması da müəyyən edilmişdir.