KRİMİNAL XRONİKA

Əsas səhifə

Ötən gün bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində xeyli sayda güclü təsiredici psixotrop tərkibli...

28.08.2019

Ötən gün bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində xeyli sayda güclü təsiredici psixotrop tərkibli həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Belə ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini C.İsayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq metamfetamin, 763 ədəd metilendioksimetamfetamin və 1004 ədəd ekstazi həbi aşkar edilərək götürülmüşdür.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini E.Quliyevi bıçaqla hədələyib quldurluq yolu ilə pulunu almaqda şübhəli bilinən Cəlilabad rayon sakini V.Şahmarov və Gəncə şəhər sakini N.Abbasov saxlanılmışlar.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki lombardların birindən 200 manat pul oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş S.Pənahov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş M.Bayramovun ətrafında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha bir evdən mobil telefon, avtomobildən isə 230 manat pul, digər evdən isə qol saatı oğurlaması müəyyən edilmişdir.

Xətai RPİ 35-ci PB –nin əməkdaşları tərəfindən avqustun 24-nə keçən gecə rayon ərazisindəki kafelərin birindən qapını sındırmaq yolu ilə 70 manat pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov və Yardımlı rayon sakini R.Dadaşzadə saxlanılmışlar.

Xətai RPİ 35-ci PB –nin əməkdaşları tərəfindən avqustun 24-nə keçən gecə rayon ərazisindəki kafelərin birindən qapını sındırmaq yolu ilə 70 manat pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov və Yardımlı rayon sakini R.Dadaşzadə saxlanılmışlar.

Avqustun 28-də saat 10 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində  Bakı şəhər sakini Q.Hüseynov idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən Maştağa qəsəbə sakini Tahirə Bədəlovanı vurmuş və nəticədə qadın hadisə yerində ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən rayon ərazisindəki evlərin birindən 585 manat pul oğurlamaqda sübhəli bilinən Bakı şəhər sakini A.Həsənov saxlanılmışdır.