KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində...

29.08.2019

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 29-da saat 7 radələrində M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki MMC-lərin birinin dayanacağından soyğunçuluq yolu ilə velosiped aparmaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş E.Rzayev saxlanılmışdır.

Avqustun 30-da saat 1 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Məmmədov idarə etdiyi “Volkswagen” markalı avtomobili yol ayırıcısına vurmuşdur. Nəticədə sərnişini olan paytaxt sakini İsmayıl Şükürlü hadisə yerində ölmüş, sürücü isə xəstəxanaya yerləşdirilmişdir. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Binəqədi RPİ 7-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 3 mağazadan pul və mobil telefonlar, habelə bir evin dəhlizindən velosipedi oğurlaması da müəyyən edilmişdir.

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini N.Məmmədovanın qızıl boyunbağısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Kürdəmir rayon sakini V.Əmirov saxlanılmışdır.