KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının əldə edilən məlumat...

08.09.2019

Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunan X.Axundov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan nömrəsi silinən “Naqan” markalı tapança və 5 ədəd patron aşkar edilərək götürülüb.