KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ...

09.10.2019

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-dən avqustun 25-dək olan müddətdə rayon ərazisindəki 2 evdən pul, sənəd və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş N.İsmayılov saxlanılmışdır.

Sabunçu RPİ 42-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini A.Əzimzadədən “Çifsan” markalı tüfəng aşkar edilərək götürülmüşdür.

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da rayon ərazisindəki evlərdən birinin həyətindən 1000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Ramana qəsəbə sakinləri olan 1 yeniyetmə və əvvəllər məhkum olunmuş O.Rzayev saxlanılmışlar.