KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə ...

13.10.2019

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın oktyabrın 12-də saat 22 radələrində “28 May” küçəsində naməlum şəxsin  onun mobil telefonunu, boyunbağısını, üzük və 1 cüt qızıl sırğasını aldığını bildirmişdir. 22-ci Polis Şöbəsi və Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ç.Mahmudov qısa müddətdə müəyyən edilərək saxlanılmıdşır.

Bakı ŞBPİ və Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini R.Qurbanlının mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Qazax rayon sakini S.Vəlizadə saxlanılmışdır.

Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən oktyabrın 11-nə keçən gecə Sabunçu qəsəbəsindəki evlərin birindən 54 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Vəliyev saxlanılmışdır. 
 
Nəsimi RPİ 20-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş A.Əliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 35 qramdan artıq heroin və 68 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür.

Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində P.Bəşirova məxsus “VAZ-2101”, E.Mustafayevə məxsus “VAZ-21011” markalı avtomobilləri qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Ağayev və bir yeniyetmə saxlanılmışdır.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 13-də Biləcəri qəsəbəsi ərazisindəki evlərin birində usta işləyən Abşeron rayon sakinləri E.İsmayılovun və 2 qardaşının ciblərindən 200 manat oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini R.Məmmədov saxlanılmışdır.