KRİMİNAL XRONİKA

Əsas səhifə

Oktyabrın 21-də saat 7 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində...

21.10.2019

Oktyabrın 21-də saat 7 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Hacıyev idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən paytaxt sakini Kəmalə Əliyevanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Oktyabrın 21-də saat 18 radələrində Xətai rayonunun Zığ Yolu küçəsində Bakı şəhər sakini S.Mirzəyev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Aygün Babayevanı vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Xətai RPİ tərəfindən araşdırma aparılır.

Soyğunçuluq etdiyinə görə tutulmuş E.Həşimovun ətrafında Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari il iyulun 14-də bir qadına zor tətbiq edib qızıl sırğasını alması da müəyyən edilmişdir.