KRİMİNAL XRONİKA

Əsas səhifə

Oktyabrın 23-də saat 15 radələrində Binəqədi rayonunun ...

23.10.2019

Oktyabrın 23-də saat 15 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Qəbələ rayon sakini R.Əzizovun idarə etdiyi “DAF” (yük) və Bakı şəhər sakini Əlicəfər Əkbərovun idarə etdiyi “Saipa” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ə.Əkbərov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
 
Oktyabrın 22-də saat 13 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini G.Kazımova vurulmuşdur. Piyadaya  xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Ford” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini R.Yusifova saxlanılmışdır.