KRİMİNAL XRONİKA

Əsas səhifə

Oktyabrın 25-də saat 10 radələrində Yasamal rayonunun A.M.Şərifzadə küçəsində...

25.10.2019

Oktyabrın 25-də saat 10 radələrində Yasamal rayonunun A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini Y.Mədətov idarə etdiyi “Lada-Granta” markalı avtomobillə yolu keçən paytaxt sakini Minəvvər Səfərovanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən rayon ərazisində 2 evin dəhlizlərindən velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.İsmayılov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.

Yasamal RPİ 29-cu PŞ  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 500 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Novruzov saxlanılmışdır.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini N.Əliyevaynın içərisində 1150 manatı və sənədi olan pulqabısını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini E.Kərimov saxlanılmışdır.