KRİMİNAL XRONİKA

Əsas səhifə

Oktyabrın 27-də saat 22 radələrində Yasamal rayonunun A.M.Şərifzadə küçəsində...

28.10.2019

Oktyabrın 27-də saat 22 radələrində Yasamal rayonunun A.M.Şərifzadə küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini E.Əşrəfzadə vurulmuş və xəsarətlə xəstəxanaya yerləşdirilmişdir. Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Runna” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Əlpənahov saxlanılmışdır.  Araşdırma aparılır.

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 7-də Binəqədi qəsəbəsi ərazisindəki mağazaların birinin saxlanc yerindən Bakı şəhər sakini A.Məhərrəmovanın içərisində 374 manat pul, sənəd və geyim əşyaları olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Yenaliyev saxlanılmışdır.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Bakıxanov qəsəbəsindəki evlərin birindən 1800 manat və 2000 manat dəyərində qızıl-zinət  əşyaları oğurlamaqda şübhəli bilinən Xızı rayon sakini N.Ellazova saxlanılmışdır.

Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən cari il avqustun 21-də rayon ərazisində “Hyundai” markalı avtomobildən içərisində 400 manat, 800 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd mobil telefon olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Zalov saxlanılmışdır.

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da rayon ərazisində 2 avtomobildən pul, səsgücləndiricilər və akkumulyator oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini E.Balayev saxlanılmışdır.