KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

29.10.2019

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də rayon ərazisindəki mağazaların birindən tütün məmulatı və spirtli içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri T.Rəhimov və əvvəllər məhkum olunmuş S.Abasov saxlanılmışdır. T.Rəhimovun ətrafında aparılmış tədbirlərlə onun Cinayət Məcəlləsinin 177 (oğurluq) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə axtarışda olması da müəyyən edilmişdir.

Pirallahı RPŞ-nin əməkdaşları tərəfindən oktyabrın 27-də rayon ərazisindəki evlərin birindən 900 manat oğurlamaqda şübhəli bilinən Pirallahı qəsəbə sakini N.İbrahimov saxlanılmışdır.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini E.Namazəliyevin “QAZ-31” markalı avtomobilindən mobil telefonunu soyğunçuluq yolu ilə aparan, rayon ərazisindəki evlərdən birinin həyətindən elektrik sobası, habelə Biləsuvar rayon sakini İ.Abbasovun mobil telefonunu oğurlayan şəxsin hazırda Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Cəbiyev olması müəyyən edilmişdir.

Baş Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əcnəbi vətəndaş D.Qoqiçaişvili saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun daha 4 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.