KRİMİNAL XRONİKA

Əsas səhifə

Səbail RPİ 8-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri...

31.10.2019

Səbail RPİ 8-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon sakini R.Abdullayevdən kustar üsulla hazırlanmış qılınc aşkar edilərək götürülmüşdür.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Abuşov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun evindən əlavə olaraq 520 qramdan artıq heroin, 8 qramdan artıq metamfetamin, 56 qramdan artıq tiryək və metadon da aşkar edilərək götürülmüşdür.

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də rayon ərazisində “Mercedes” markalı avtomobildən 250 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Bunyatova saxlanılmışdır.