KRİMİNAL XRONİKA

Əsas səhifə

Noyabrın 2-də saat 3 radələrində Sabunçu rayonunun ...

01.11.2019

Noyabrın 2-də saat  3 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Məmmədşərifov idarə etdiyi “Opel” markalı avtomobillə qəsəbə sakini Fərhad Əhmədovu vurmuş və o, hadisə yerində ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş F.İdrisovun, Ö.İsmayıllının, Ş.Əliyevin və A.Əbilovun ətraflarında Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların 2 avtomobildən ümumilikdə 110 manat pul oğurlamaları da müəyyən edilmişdir.

Binəqədi RPİ 5-ci PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən noyabrın 1-də rayon ərazisində “VAZ-2107” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri N.İsmayılov və bir yeniyetmə saxlanılmışlar.
 
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki kafelərin birindən 10000 manat dəyərində avadanlıq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Azayev saxlanılmışdır.