KRİMİNAL XRONİKA

Əsas səhifə

Noyabrın 4-də saat 13 radələrində Binəqədi rayonunun Goradil bağlar sahəsində...

04.11.2019

Noyabrın 4-də saat 13 radələrində Binəqədi rayonunun Goradil bağlar sahəsində Bakı şəhər sakinləri Ş.Əliyevin idarə etdiyi “Volvo” və M.Quliyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşmuşdur. Nəticədə M.Quliyevin sərnişinlərindən Tünzalə Quliyeva hadisə yerində, nəvəsi 2 - yaşlı Yusif xəstəxanada ölmüş, özü və digər sərnişini olan 1 yaşlı nəvəsi isə xəstəxanaya yerləşdirilmişlər. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Noyabrın 4-də saat 16 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində dənizə girən şəxs həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən sudan çıxarılmışdır. Araşdırmalarla onun Binə qəsəbə sakini Ə.Hacıyev olduğu, ailə münaqişəsi zəminində özünü dənizə atmağa cəhd etməsi müəyyən edilmişdir.
Araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş A.Əlimərdanovun ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 16-na keçən gecə Cavadxan küçəsindəki evlərdən birinin qarşısından İ.Abdullayevə məxsus “Mercedes” markalı avtomobili qaçırması da müəyyən edilmişdir. Avtomobil oktyabrın 16-da M.Ə.Rəsulzadə qəsəbəsinin ərazisində tapılmışdır.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 10-da R.Cəfərovun 155 manatını və 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini olan  bir yeniyetmə saxlanılmışdır.