KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri ...

06.11.2019

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da rayon ərazisindəki evlərin birindən içərisində 10.000 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər  məhkum olunmuş O.Orucov və Abşeron rayon sakini X.Rəsulov saxlanılmışlar.
 
Xətai RPİ 37-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini O.Vəliyevin içərisində 1300 manat, sənəd və açarlar olan pulqabısını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini V.Həsənov saxlanılmışdır.
 
Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 16-da rayon ərazisindəki evlərin birindən 500 manat  və 2 ədəd qızıl üzük oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Bünyatova saxlanılmışdır.