KRİMİNAL XRONİKA

Əsas səhifə

Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən

07.11.2019

Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən oktyabrın 7-də rayon ərazisindəki evlərin birindən 8900 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Cahangirzadə saxlanılmışdır.
 
Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də rayon ərazisindəki mağazaların birindən 1500 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Məmmədzadə saxlanılmışdır.
 
Noyabrın 1-də Nərimanov rayonunun S.Vurğun küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini C.Quliyeva vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.  Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini R.Rzayev saxlanılmışdır.
 
Noyabrın 6-da saat 11 radələrində Nəsimi rayonunun Azadlıq prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Ləman İsmayılova vurulmuş və o, xəstəxanaya yerləşdirilmişdir. Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək qəza yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Lənkəran rayon sakini M.İsmayılov saxlanılmışdır.
 
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-də rayon ərazisindəki evlərin birindən 1490 manat, noutbuk, mobil telefon və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini H.Bağırov saxlanılmışdır.