KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

10.11.2019

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 5000 manat, 2300 ABŞ dolları, 12000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Qurbanov saxlanılmış, daha bir nəfərin şəxsiyyəti müəyyən edilmişdir. 

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 8-də rayon ərazisindəki mağazaların birindən 5 ədəd mobil telefon və yaddaş kartı oğurlaması da müəyyən edilmişdir.

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 9-da Bakı şəhər sakini olan bir qadına zor tətbiq edib içərisində 279 manat və bankomat kartı olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov saxlanılmışdır.