KRİMİNAL XRONİKA

Əsas səhifə

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış

12.11.2019

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 mağazadan pul, danışıq kartları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Səngəçal qəsəbə sakini, əvvəllər məhkum olunmuş F.İbrahimov saxlanılmışdır.

Noyabrın 12-də saat 18 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.İsmayılov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Şərur rayon sakini Firuz Məmmədovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada  orada ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-dən noyabrın 11-dək olan müddətdə rayon ərazisindəki 3 həyətyanı sahədən su nasosu, xalça və velosiped oğurlamaqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Q.Rzayev saxlanılmışdır.

Binəqədi RPİ 4-cü-PŞ-nin əməkdaşları tərəfindən oktyabrın 29-dan noyabrın 10-dək olan müddətdə M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki qapı-pəncərə sexlərindən birinin qarşısından 12.300 manat dəyərində dəmir qapılar oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini P.Məmmədov saxlanılmışdır.