KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş A.Əliyevin ətrafında ...

13.11.2019

Oğurluq etdiyinə görə tutulmuş A.Əliyevin ətrafında Xəzər RPİ 3-cü PB-nin əməkdaşları tərəfindən  aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 6 evdən pul, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.
 
Binəqədi RPİ 6-cı PB və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri qəsəbəsi ərazisindəki evlərin birindən 5000 manat və 2300 ABŞ dolları, habelə 12.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Z.Orucov saxlanılmışdır.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-də rayon ərazisindəki 1 avtomobildən maqnitofon və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Sinjapov saxlanılmışdır.

Noyabrın 12-də saat 9 radələrində Nizami rayonunun H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini E.Ağaməmmədov vurulmuşdur. Nəticədə piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Qasımov saxlanılmışdır.

Suraxanı RPİ 30-cu PŞ-nin əməkdaşları tərəfindən oktyabrın 14-də rayon ərazisindəki 1 avtomobildən 6000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Bayramov saxlanılmışdır.