KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri...

15.11.2019

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1800 manat pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş N.Məhərrəmova müəyyən edilərək saxlanılmışdır. 
 
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktları aşkar edilmişdir. Həmin mağazaların satıcıları – S.Cəfərov, C.Əkbərov, P.Həsənov və H.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirtli, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunmuşdur.
Bu istiqamətdə reydlər davam etdirilir.