KRİMİNAL XRONİKA

Əsas səhifə

Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən ...

16.11.2019

Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən oktyabrın 13-də rayon ərazisində “Mercedes” markalı avtomobildən 1800 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Səmədov saxlanılmışdır.
 
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsindəki evlərin birindən kondisioner oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar - E.Əliyev və Ə.Muxtarov saxlanılmışlar. Ətraflarında aparılmış tədbirlərlə onların daha 4 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.
 
Noyabrın 16-da saat 1 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakinləri X.Məmmədovun idarə etdiyi “QAZel” və S.İslamovun idarə etdiyi “Hovo” markalı yük avtomobilləri toqquşmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş X.Məmmədovun sərnişini olan oğlu Namiq orada ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
 
Noyabrın 16-da saat 19 radələrində Səbail rayonunun Yeni Salyan yolu küçəsində Bakı şəhər sakini K.Bayramov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən paytaxt sakini Qorxmaz Ələsgərovu vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.  Səbail RPİ tərəfindən araşdırma aparılır.
 
Noyabrın 16-da saat 7 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Əliyev idarə etdiyi “Mitsubishi Pajero İO” markalı avtomobili yolun kənarındakı maneəyə vurmuşdur. Nəticədə sərnişini - Qazax rayon sakini Tacirə Daşdıyeva hadisə yerində ölmüş, sürücü və digər sərnişin xəstəxanaya yerləşdirilmişlər.  Suraxanı RPİ tərəfindən araşdırma aparılır.