KRİMİNAL XRONİKA

Əsas səhifə

Noyabrın 21-də saat 6 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində...

21.11.2019

Noyabrın 21-də saat 6 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakinləri İ.Abdullayevin və M.Kazımovun idarə etdikləri “Mercedes” markalı 2 avtomobil toqquşmuşdur. Nəticədə İ.Abdullayevin sərnişinləri - paytaxt sakinləri Surxay Abbasov və Kifayət Məmmədova hadisə yerində ölmüş, özü və digər sürücü xəstəxanaya yerləşdirilmişlər. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 21-də Binə qəsəbəsindəki evlərdən birinin həyətindən 5 ev quşu oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş İ.Pirverdiyev və qardaşı saxlanılmışlar. Ətraflarında aparılmış tədbirlərlə onların oktyabrın 31-də evlərin birindən 3000 manat oğurlamaları da müəyyən edilmişdir.