KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini...

22.11.2019

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Paşayev noyabrın 21-də saat 23 radələrində rayon ərazisindəki kafelərin birində onu döyən şəxsin mobil telefonunu aldığını bildirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Qazax rayon sakini A.Quliyev qısa müddətdə müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 22-də Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini M.Əliyevanın içərisində 235 manatı olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini R.Məmmədov saxlanılmışdır. Araşdırma aparılır. 

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Zabrat qəsəbəsi ərazisindəki emalatxanalardan birindən qaynaq aparatı və təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş K.Məlikov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun daha bir evdən televizor oğurlaması, sonradan oranı qəsdən yandırması da müəyyən edilmişdir. 

Nərimanov RPİ 16-cı PB  əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən A. Babayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq metamfetamin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən isə əlavə olaraq 69 qrama yaxın  heroin və 38 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür. 

Suraxanı RPİ 31-ci PB  əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 160 manat və 900 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Lonov saxlanılmışdır. 

Qaradağ RPİ 10-cu PB  əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Hüseynova məxsus avtomobildən 1000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Kadırova saxlanılmışdır.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən su nasosu, 1 avtobusdan isə 73 manat pul oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş A.Bayramzadə saxlanılmışdır.