KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

23.11.2019

Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də Binəqədi qəsəbəsi ərazisindəki evlərin birindən 350 manat və təmir-tikinti alətləri oğurlmaqda şübhəli bilinən Astara rayon sakini S.Əsədov saxlanılmışdır.

Noyabrın 23-də saat 20 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Fəridə Əbilovanın idarə etdiyi “Kia” və S.Ömərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur. Nəticədə F.Əbilovanın sərnişini Rəsmiyyə Eminova hadisə yerində ölmüşdür. Xəzər RPİ tərəfindən araşdırma aparılır.