KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

24.11.2019

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də rayon ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər  məhkum olunmuş bir yeniyetmə saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun ofislərin birindən 2 ədəd kompyuter və avtomobil açarları, 1 mağazadan 330 manat və tütün məmulatları oğurlaması da müəyyən edilmişdir.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də rayon ərazisində “VAZ-2107” markalı avtomobilin təkərlərini, arxa şüşəsini və maqnitofonunu sökərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ağazadə saxlanılmışdır.

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 7-ci mikrorayon ərazisindəki 1 marketdən  və M.Ə.Rəsulzadə qəsəbəsindəki 1 mağazadan ümumilikdə 3080 manat oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri A.Qəhrəmanzadə, O.Bayramov və E.Həsənov saxlanılmışlar.

Noyabrın 24-də saat 23 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Anar Musayev idarə etdiyi “Mercedes” markalı avtomobili elektrik dirəyinə vurmuş və idarəetməni itirdiyindən nəqliyyat vasitəsi qarşıdan gələn A.Şirəliyevin idarə etdiyi “VAZ-2109” markalı avtomobilə dəymişdir. Nəticədə A.Musayev hadisə yerində ölmüşdür. Səbail RPİ tərəfindən araşdırma aparılır.