KRİMİNAL XRONİKA

Əsas səhifə

Noyabrın 27-də saat 6 radələrində Yasamal rayonunun ...

27.11.2019

Noyabrın 27-də saat 6 radələrində Yasamal rayonunun M.Müşfiq küçəsində Xırdalan şəhər sakini Elvin İbrahimxəlilov idarə etdiyi “TOFAŞ” markalı avtomobili aşırmışdır. Sürücü xəstəxanaya aparılarkən yolda ölmüşdür. 

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Nərimanov RPİ 18-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 2 mağazadan 2763 manat pul, yaddaş kartı və 13 ədəd mobil telefon oğurlaması da müəyyən edilmişdir. 

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.İxtiyarlı saxlanılmışdır.
Yasamal RPİ 27-ci PB və 29-cu PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki köşklərin birindən 700 manat pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini H.Əliyev saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun oyun zallarının birindən 9 ədəd oyun aparatı oğurlaması da müəyyən edilmişdir. 
 
Noyabrın 18-dən 25-dək olan müddətdə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində anbarların birindən 22.000 manat dəyərində bilyard masasının parçası (18 ədəd) və 13 ədəd bilyard luzasının oğurlanması barədə 4-cü Polis Şöbəsinə müraciət daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri E.Qafarov və R.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılmışlar.